Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 03:04
Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Visla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 46-cı dəqiqədə meydana buraxılıb. O, bu görüşdə qol vursa da, hakimlər qolun qaydalar çərçivəsində vurulmadığını əsas gətirərək hesaba almayıblar.
Altı turdan sonra 6 xalı olan "Legiya" 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.