Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu 13 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Həftəsonu 13 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Tarix: 30 Avqust 2021 11:12

Avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Etiketlər:  Həftəsonu koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb


RƏYLƏR