Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

Tarix: 28 Aprel 2019 18:56

Bakı. Elçin Mehdiyev - Trend:

Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi. Trend-in məlumatına görə, bunu Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas yarışdan sonra keçirilən mətbuat konfransında deyib.

V.Bottas qeyd edib ki, yarış boyü səhvə yol verməməyə çalışıb: “Özümə səhv etməyə imkan verə biməzdim, hər şeyi nəzarət altında saxlayırdm”.

V.Bottas Bakıda qələbəsinin onun üçün çox əhəmiyyətli olduğunu deyib: “Birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox bəxtəvərəm”.

İkinci yerin qalibi Lyuis Hemilton komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Baxmayaraq ki, mübarizə gərgin keçdi heç bir səhv olmadı. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu komandada təmsil olunduğum üçün çox şadam”.

Üçüncü yerin qalibi, “Ferrari” komandasının üzvü Sebastian Fettel də mübarizənin olduqca gərgin keçdiyini diqqətə çatdırıb. S.Fettel qaliblər kürsüsündə olmağından şad olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Formula Bakı qalibi Valtteri Bottas Yarış çox gərgin mübarizə şəraitində keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ