Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 19:50
Tokio-2020 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb.
Sonxeber.net apasport.az-a istinadən məlumatına görə, onlar arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərova (52 kq) yer alıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyası, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Neftçi İdman Klubu"nun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Qeyd edək ki, paracüdoçularımız Tokio Paralimpiadasının 6 qızıl (Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq)) və 2 bürünc (Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medalını qazanıblar.