Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 17:06
Şuşada dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli yenidən ucalır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ilk dəfə 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə ucaldılan heykəl ermənilər tərəfindən dağıdıldığından sonradan olduğu kimi yenidən hazırlanıb.
Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov və onun oğulları Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
Aslan Rüstəmov deyir ki, dahi bəstəkarın böyük qüdrətini heykəlin hər bir cizgisində həkk etdirməyə çalışıblar.
Əhməd Salikovun 1985-ci ildə hazırladığı heykəlin eynisini hazırlamaq olduqca çətin proses olub.
Ermənilər abidəni tamamilə dağıtdıqlarından yalnız şəkillər əsasında onu yenidən hazırlamaq mümkün olub.
Bu gün Şuşa şəhərində ucaldılan Üzeyir Hacıbəylinin heykəli bərpa edilmiş tarixi ədaləti simvolizə edir. Məhz bu səbəbdən də Əhməd Salikovun hazırladığı heykəl yenidən ərsəyə gətirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: