Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tokio-2020: Azərbaycan 16-cı medalını qazandı

Tokio-2020: Azərbaycan 16-cı medalını qazandı

Tarix: 1 Sentyabr 2021 15:22

Azərbaycan yığması Tokio-2020 Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Milli.Az APA-ya istinadən bildirir ki,bu uğura üzgüçü Vəli İsrafilov imza atıb.

O, arxası üstə 100 m məsafəyə üzməkdə fərqlənib. Paraüzgüçümüz 1:04,86 nəticə ilə birinci yeri yeri tutaraq, çempion tituluna yiyələnib. O, həmçinin Oyunların rekordunu vurub.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medallarının sayı 16-ya çatıb. Bu mükafatlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

Milli.Az


Etiketlər:  Tokio 2020 Azərbaycan 16 medalını qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ