Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrov erməni həmkarını tənqid etdi

Lavrov erməni həmkarını tənqid etdi

Tarix: 1 Sentyabr 2021 17:18

"Rusiya XİN başçısı Sergey Lavrovun "Qarabağ məsələsinin həlli ilə Rusiya, Azərbaycan və Ermənistan liderləri məşğul olurlar" açıqlaması rəsmi Bakının əleyhinə düşünülmüş açıqlama deyil".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Rusiya Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin terrorçu olduğunu düşünür:

"Lavrovun Ararat Mirzoyanla Moskva görüşü əslində Ermənistanın yeni xarici işlər nazirinə yeni reallıqları başa salmaq, vəziyyəti ona izah etmək və addımlarına diqqət etmək üçün nəzərdə tutulmuş bir görüş idi. Nəzər yetirdinizsə Mirzoyanın ən çox müraciət etdiyi məsələ Azərbaycan həbsxanalarında cəza çəkən ermənilərin azad olunması məsələsi idi və elə Lavrov tərəfindən və yerindəcə bununla bağlı da layiqli cavabını aldı: "Rusiya diplomatiyasının rəhbəri Mirzoyanın nəzərinə çatdırdı ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatda həmin anda əsirlikdə olan şəxslərin azad olunmasından söhbət gedir. Azərbaycanda əsirlikdə olanlar isə noyabrın sonunda, yəni bəyanat qüvvəyə minəndən sonra əsir düşənlərdir". Lavrov bu açıqlaması ilə erməni həmkarını dediyinə peşiman etdi, onu tənqid etdi. Əslində Mirzoyanın Moskvaya dəvət edilməsinin əsl səbəbi də bu idi. 

Deməli, Rusiya prinsip etibarı ilə Azərbaycan tərəfinin irəli sürdüyü versiyanı dəstəkləyir və Azərbaycan həbsxanalarında məhkəmənin hökmü ilə cəzalarını çəkən ermənilərin terrorçu olduğunu düşünür. Bunun özü bir daha Lavrovun açıqlamalarının heç də Azərbaycanın əleyhinə olmadığını göstərir. Rusiya xarici işlər nazirinin erməni həmkarını Moskvaya dəvət etməsinin səbəbi onu tənqid etmək, ona yerini göstərmək, gələcəkdə atacağı addımlara, verəcəyi açıqlamalara diqətli yanaşmağı tapşırmaq idi. 

Prezident İlham Əliyev də üçtərəfli bəyanatdan sonra çıxışlarında hər dəfə Qarabağ münaqişəsinin sona çatdığını, Azərbaycanın torpaqlarını, ərazi bütövlüyünü təmin etdiyini qeyd edir. Bəli, biz ərazilərimizi işğaldan azad etmişik, amma indi bizim əsas mübarizə istiqamətimiz Ermənistana, eləcə də Rusiyaya bu reallığı qəbul etdirməklə bağlı olmalıdır". 

Təhməz Əsədov


Etiketlər:  Lavrov erməni həmkarını tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ