Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da atışma zamanı məktəbli öldürülüb - FOTO

ABŞ-da atışma zamanı məktəbli öldürülüb - FOTO

Tarix: 2 Sentyabr 2021 08:14

ABŞ-ın Uinston-Salem şəhərində (Şimali Karolina ştatı) məktəbdə atışma baş verib, hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Milli.Az bildirir ki, bu barədə yerli polisin mətbuat xidməti öz Twitter akkauntunda bildirib.

"Rəis Katrina Tompson "Mount-Tabor" liseyində atışma zamanı bir şagirdin ölümünü təsdiqləyir", - açıqlamada bildirilir.

Daha əvvəl bildirilirdi ki, Uinson-Salemdə məktəbdə atışma olub. Silahlı insident nəticəsində 1 şagird həlak olub. Digər şagirdlər təhlükəsiz şəraitdədir.

Milli.Az


Etiketlər:  ABŞ atışma zamanı məktəbli öldürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ