Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göydən şəhadətə ucalan qəhrəman - VİDEO

Göydən şəhadətə ucalan qəhrəman - VİDEO

Tarix: 2 Sentyabr 2021 16:32

42 ildə şərəfli, o qədər də yadda qalan ömür yaşamaq elə də asan deyil. Amma bu zirvənin sahibləri üçün hər şey tamam fərqlidir. Bir anlıq özümüzü onların yerinə qoyaq. Düşünün ailəndən uzaq yerdə yaşayırsan. Heç vaxt onların üzünü görə bilməyəcəksən, qoxusunu hiss edə bilməyəcəksən. Həqiqətən də bu çox ağrılı məqamdır.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, amma birdə düşünsək görərik ki o qədərdə qürurverici hissidir. Çünki sən 30 illik həsrətə son qoyan bir şəxsin yoldaşısan, bir şəxsin övladısan. O şəxs ki, onun adı çəkiləndə daim başıuca gəzirsən, fəxr hissi keçirdirsən.Şəhid Zaur da məhz həmin insanlardan biridir.

Onun ad günü münasibətilə şəhid polkovnikin məzarı ziyarət edildi. Tədbirdə şəhidin ailə üzvləri,icra hakimiyyəti nümayəndələri, digər şəhid ailələri iştirak edirdi. Şəhid Zaur da daxil olmaqla, əbədiyyətə qovuşan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Ardınca himnimiz səsləndi.

Şəhidin xatirəsinin bir daha əbədiləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirildi. Fətəli Xan Xoyski 118 ünvanında ABAD məhəllədə mini futbol turnirinin açılışı oldu. Burada şahmat yarışları keçirildi. Gənc rəssamlar tərəfindən Qarabağa həsr olunan müxtəlif mövzuda şəkillər çəkildi. Kimi dəmir yumruq, kimi Şuşa qalası, kimi müxtəlif simvolları canlandırmışdı.Bütün iştirakçılara sonda şəhid ailələri tərəfindən diplomlar təqdim olundu.

Şəhid Zaur həyatın acı reallıqları ilə məhz elə uşaqlıqdan tanış olmuşdu. O uşaq olarkən atasını itirmişdi. Fəqət nəsillərə nümunə olacaq ömür yolu keçmişdi. O, 1995-ci ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri məktəbinə daxil olmuş, 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdi.20 illik bir xidmət yolu! Bu 20 ildə olan o qədər şeyi qeyd etmək olar ki, lakin onlar bu sətirlərə, bu sözlərə sığmaz.

Gələk şanlı zəfər tarixi, 44 günlük Vətən müharibəsinə.

Şəhid Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdıran zaman şəhidlik zirvəsinə ucalmışdı.Onun təyyarəsi "SU-25" Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur. Ağır yaralanmasından sonra Zaur Nudirəliyev təyyarəni tərk edə bilərdi. Amma o, Ermənistan tərəfinə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış və şəhid olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.

Göründüyü kimi şəhid polkovnik tək 44 günlük vətən müharibəsində bu qədər qəhrəmanlıq və şücaət göstərmişdi. Birdə biz onun 42 illik ömür yolunun 20 illik Vətən xidmətinə nəzər salsaq görərik ki, burada necə qəhrəmanlıq dastanları yatır. Cənnətfəki mövludun mübarək polkovnik şəhid Zaur Nudirəliyev!

Milli.Az


Etiketlər:  Göydən şəhadətə ucalan qəhrəman VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ