Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinsi azlıq nümayəndəsi bu dəfə Nigar İbrahimovanın salonunu dağıtdı - VİDEO

Cinsi azlıq nümayəndəsi bu dəfə Nigar İbrahimovanın salonunu dağıtdı - VİDEO

Tarix: 3 Sentyabr 2021 12:15

Bir müddət əvvəl mağazaya hücum edərək polis və satıcını təhqir edən cinsi azlıq nümayəndəsi daha bir hadisə törədib.  

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə Anna Tağıyeva kimi tanınan şəxs bu dəfə məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus "İN Studio" gözəllik mərkəzinə basqın edib.  

İ. İbrahimovanın yaydığı görüntülərdən məlum olur ki, sözügedən şəxs mərkəzin əşyalarını sındırır, işçi heyəti və müştəriləri təhqir edir. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

"Qafqazinfo" məsələ ilə bağlı gözəllik mərkəzinin rəhbəri Nigar İbrahimova ilə əlaqə saxlayıb.  

İş xanımı qeyd edib  ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və yüksək səviyyədə yola salınıb.  Lakin o, bir ay sonra əsassız iddia ilə mərkəzi dağıtmağa başlayıb:

"Biz hər bir insana hörmətlə yanaşırıq və ayrı-seçkilik etmirik. O, bayırdan telefonla çəkərək salona daxil olub. Özünü idarə edə bilmir, sözlərini sonadək çatdırmırdı. İçəri girərək deyib ki, mənim sinəm səpib.  Axı ona sinə ilə əlaqədar bir prosedur olunmayıb. Qışqıraraq deyir ki, müdiriyyət gəlsin, bu obyekt bağlanacaq. Zatən hər şey videoda görünür. Daha sonra mərkəzə ziyan vurmağa başlayır. Güzgü qırılır, güldan atılır, dövlətin kassa aparatı insanların başına tullanılır. Müştərinin qarşısındakı fincanı götürüb yerə çırpır. Xidmət göstərən bir xanım sonunda qalxıb deyir ki, insanların niyə şərəf-ləyaqətini alçaldırsız? Fiziki cəhətdən qollu-budaqlı insandır. Heç kəsin də gücü çatmır ki, bayıra çıxarsın. Salonda ziyalı xanımlar olub, hadisə vaxtı görüblər ki, video da çəkilir, kənara çəkiliblər. Kiminsə ailəsi, övladı var".  

N. İbrahimova anında polis şöbəsinə müraciət etdiyini vurğulayıb: "Mən obyektdən kənarda idim, ailə üzvüm, anam koronavirusa yoluxmuşdu. Onunla müalicədəydim. "102"yə şikayət etdim, daha sonra ərazidə olan 21-ci polis şöbəsi ilə əlaqə saxladım. Bütün əşyaları sındırırdı, bunların qarşısı alınmalı idi. Təkrar-təkrar müraciət etdim ki, orada bir nəfər yaralanmamış hadisə yerinə polis cəlb olunsun. Bəlkə də, 5 nəfərin şərəf-ləyaqətini alçaldıb. Polis izahat üçün aparıb, iki saatlıq sorğu-sualdan sonra buraxılıb. Daha iki tanınmış salona yığıb ki, gəlib oranı da dağıdacam. Onlar oyaq olub, qarşısı alınıb.  

21 ildir xalqa xidmət edən salonuq. Sən kimsən ki, obyekti bağlatdırırsan? Dövlət, qanunlar var. Biz bilmirdik ki, silsilə şəkildə belə addımlar atır.  Sonradan görmüşəm ki, mağazaya da hücum çəkib, işçiləri təhqir edib.  Çox yaxşı, cəmiyyətdə layiqli şəkildə özlərini idarə edən cinsi azlıq nümayəndələri var. Bu şəxsin isə problemləri var, normal biri deyil. Cəmiyyətə yararsız biri kimi özünü göstərir". 

Tanınmış makiyaj ustası gözəllik mərkəzinə beş min manatdan çox maddi ziyan dəydiyini açıqlayıb:

"2400 manatlıq güzgüm, 2600 manata olan saç aparatım, hər biri 350 manata olan güldanlarım sındırılıb, min manatlıq gülüm qırılıb. Beş mindən artıq mənə ziyan dəyib.  Başqa insanlara zərər dəyilməməsi üçün təcili tədbir görülməsini xahiş edirəm. İnanıram ki, tezliklə tədbir görüləcək". 

Qeyd edək ki, A. Tağıyeva adlı şəxsin dəfələrlə bu cür hücumları barədə sosial şəbəkələrdə videoları yayılır. O, sonuncu dəfə geyim mağazasına girərək  qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi. 


Etiketlər:  Cinsi azlıq nümayəndəsi dəfə Nigar İbrahimovanın salonunu dağıtdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ