Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Əli Məmmədovun dogum günündə onun adına bulaq kompleksi açılıb - VİDEO

Şəhid Əli Məmmədovun dogum günündə onun adına bulaq kompleksi açılıb - VİDEO

Tarix: 3 Sentyabr 2021 16:54

Hələ uşaqlıqdan vətənə, torpağa sevgisi var idi Əlinin. Ən böyük arzusu isə işğal altında olan torpaqlarımızı azad görmək idi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Əli Məmmədov 1998-cü il sentyabrın 1- də Kürdəmir rayonu, Atakişili kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra vətənə olan sevgisi Əlinin yolunu yenidən xidmətə aparıb. O, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmətə başlayıb.

Əli sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk olaraq Murovdağ, daha sonra Suqovuşan, Talış, Ağdərə və Kəlbəcərə qədər olan döyüşlərdə iştirak edib. Sonuncu dəfə noyabrın 4-də Kəlbəcərin qaranlıq meşə adlanan ərazisində hərbçi yoldaşlarını ərazidən çıxararkən minamiyot qəlpəsindən ağır yaralanaraq  şəhadətə yüksəlib.

Əli müharibədə olduğu vaxtlarda ən çox kiçik bacısı ilə əlaqə saxlayırmış. Hər gün bacsına daha da irəliyə getdiklərini deyirmiş.

Şəhid Əli Məmmədovun dogum günündə onun adına bulaq kompleksi açılıb və kənd məktəbində adına sinif otağı da verilib.

Qeyd edək ki, Əli Məmmədov "Vətən Uğrunda", "Cəsur Döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az


Etiketlər:  Şəhid Əli Məmmədovun dogum günündə onun adına bulaq kompleksi açılıb VİDEO


RƏYLƏR