Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 09:12
"Taliban" hərəkatı Əfqanıstanın Pəncşir vadisinə nəzarəti tam ələ keçirdi.
Sonxeber.net bildirir ki, bunu "Taliban"ın rəsmi yetkilisi Zəbiulla Mücahid Twitter akkauntunda bəyan edib.
O yazıb: "Muzdlu düşmənlərin son istinadgahı olan Pəncşiri tam ələ keçirdik. Ölkədə təhlükəsizliyin tam təminatına yönəlmiş son səylər nəticə verdi. Pəncşir vilayəti hazırda İslam Əmirliyinin tam nəzarətindədir".
Onun sözlərinə görə, Əhməd Məsudun adamlarının bəziləri məğlub olub, bəziləri qaçıb.
Z.Mücahidin sözlərinə görə, Pəncşir sakinlərinə qarşı heç bir cəza tətbiq edilməyəcək: "Onlar yaşamlarını olduğu kimi davam etdirəcəklər".