Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 23:54
Slovakiyada sabahdan etibarən 5-11 yaşlı uşaqlar da vaksinasiyadan keçə biləcəklər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Lenqvarski deyib.
Nazir bildirib ki, bu qərar mütəxəssis və həkimlərin tövsiyəsi ilə qəbul edilib:
"12 yaşdan yuxarı olanların peyvəndlənməsinə aylar əvvəl başlanılıb. 5-11 yaşlılar isə ailənin və uşaq həkiminin razılığından sonra vaksin vurdura bilərlər".
O əlavə edib ki, gələn həftədən ölkədə üçüncü doza vaksinasiyaya başlanacaq.