Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 08:34
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində 1994-cü il təvəllüdlü Vəkilov Məcidbəy Qasımağa oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.
O, döş qəfəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, M.Vəkilova iki bıçaq zərbəsi vurulub.