Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 14:44
17 gün əvvəl Diyarbakırdakı evindən çıxan və bir daha xəbəri olmayan 15 yaşlı qızla bağlı sosial mediada video paylaşılıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, sözügedən videoda Ahmet Can adlı ər 15 yaşlının onun ikinci arvadı olduğunu deyib. Sonra videonu çəkən şəxs qıza tərəf dönərək "üzünü gizlətmə, utanma" deyib. Qız da üzünü örtərək gülümsəyir.
Ailəsi videonu paylaşan şəxslə əlaqə saxlayıb və qızlarının Mardinin Kızıltepe rayonunda olduğunu öyrənib. Yenidən zəng etdikləri nömrə isə sonra qapadılıb. Ailə qızlarının ən qısa zamanda tapılmasını istəyir.
Kamran Seyidov