Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oynaqların quruluşu

Oynaqların quruluşu

Tarix: 9 Sentyabr 2021 23:21

Oynaq - sümüklərin unikal təbii hərəkətli birləşmə mexanizmidir. Bu zaman sümüklərin kənarları oynaq kisəsi daxilində vahid bir mexanizm şəklində bir-biri ilə birləşir. Oynaq kisəsinin xarici təbəqəsi kifayət qədər sıx fibroz toxumadan ibarətdir.

Bu, möhkəm qoruyucu kapsula və bağlardan ibarətdir ki, onlar da oynağın öz yerini dəyişməməsi üçün onu möhkəm vəziyyətdə saxlayırlar. Oynaq kisəsinin daxili qatı sinovial maye ifraz edir ki, o da oynaq səthlərinin qorunması üçün sanki sürtkü materialı vəzifəsini daşıyır. Normal halda bu sinovial maye çox az miqdarda olur. O, bütün oynaq boşluğunu tutaraq aşağıdakı vəzifələri daşıyır:

1. Təbii sürtkü materialı olub, oynağa sərbəst hərəkət etmək və asanlıqla fəaliyyət göstərmək imkanı verir;

2. Oynaq daxilində sürtünməni azldaraq, sümük səthlərindəki qığırdaq toxumasını yeyilmək və dağılmaqdan qoruyur;

3. Zərbəni dayandırmaq və amortizasiya vəzifəsini daşıyır;

4. Filtr (süzgəc) vəzifəsini daşıyır, qığırdaq toxumasının qidalanmasını təmin və kömək edir və bu zaman onu və sinovial kisəni iltihabi faktorlardan qoruyur.

Sümüklərin oynaq səthləri elastik, nazik qat olan hamar maddə - qığırdaqla örtülmüşdür. Qığırdaq əsasən amortizator rolunu oynayaraq, sümüklərin bir-birinə toxunan səthlərinə təzyiqi azaldır və bir-birinin üzərində sərbəst sürüşmələrini təmin edir.

Qığırdağın xüsusi struktura malik olması onu süngərə bənzədir - sakit vəziyyətdə o,  mayeni özünə hopdurur, gərginlik zamanı isə sıxılaraq onu oynaq kisəsinə qaytarır və sanki oynağın əlavə "sürtküsü" funksiyasını icra edir.


Etiketlər:  Oynaqların quruluşu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ