Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk - TikTok fakültəsi açıldı

Dünyada ilk - TikTok fakültəsi açıldı

Tarix: 16 Sentyabr 2021 18:14

Sosial media və universitet dünyasında bir ilk gerçəkləşib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, video paylaşım platforması olan TikTok adına Ukraynanın paytaxtı Kiyevdə fakültə açılıb.

Açılışı ölkənin TikTok fenomenlərindən biri hesab olan Mixail Poplavski edib. O bildirib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültədə tələbələr pulsuz təhsil alacaqlar.

Fakültənin dekanı Liliya Mojayeva isə tələbələrə tövsiyələrini verib:

"Özünüzü inkişaf etdirin, brendinizi yaradın və biz bu yolda sizə kömək edəcəyik".


Etiketlər:  Dünyada TikTok fakültəsi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ