Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Tarix: 18 Sentyabr 2021 08:48

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:
* Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsinə səbəb olur.
* Duzun çox qəbul edilməsi sidiklə kalsiumun xaric olunmasına səbəb olur ki, bu zaman sümüklər zəifləyir.
* Duzun miqdarını azaltmaq üçün dadına baxmadan yeməyə duz əlavə etmək olmaz.
* Həmişə təzə və duza qoyulmamış qidalar qəbul etmək lazımdır.
* Evə alınan duzun keyfiyyətinə nəzarət edilməlidir.
* Süfrəyə duz qoyulmamalıdır.
* Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, orqanizm daha faydalanar və sağlam olar.
* Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Nə qədər az istifadə edilərsə, bir o qədər faydalıdır. Bu qidalardan uzaq durmaq lazımdır.
* Duzun orqanizmə zərərini azlatmaq üçün bol meyvə və tərəvəz qəbul etmək lazımdır.
* Duzun orqanizmə təsirini azaltmaq üçün bol su içmək lazımdır.
Milli.Az


Etiketlər:  istifadəsi zamanı diqqətli olun yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ