Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2021 22:34
Millimizin hücumçusu Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.
"Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb.