Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 10:20
Müğənni Xatirə İslam sosial şəbəkədə izləyicilərindən kömək istəyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçi təcili arıqlamağın yollarını axtardığını yazıb. O bildirib ki, bu şərti ona həkimi qoyub.
"Təcili şəkildə 5 kiloqram çəki atmağa nə kömək edə bilər? Həkimə söz vermişəm. 1 həftə, uzağı 10 günə ərzində arıqlamalıyam. Amma ziyansız olsun" deyə, Xatirə bildirib.
Qeyd edək ki, Xatirə bundan əvvəl artıq çəkidən azad olmaq üçün plastik əməliyyat etdirmişdi.