Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2019 23:12
Bakı. Trend:
Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.
Trend-in məlumatına görə, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin