Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibil muzeyi də açıldı - FOTO

Zibil muzeyi də açıldı - FOTO

Tarix: 21 Sentyabr 2021 12:44

Rusiyanın Kalininqrad vilayətində məişət tullantıları muzeyi fəaliyyətə başlayıb.

"Mu-mu-ka" (Музей Мусора Калининграда) adlanan muzeydə zibillikdən toplanan əşyalardan hazırlanmış müxtəlif eksponatlar nümayiş olunur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, köhnə tennis topları və qoparılmış gəlincik başlarından ibarət kreslo, yararsız avtomobildən düzəldilmiş dinozavr, plastik borulardan əmələ gələn samovar bunlardan yalnız bir neçəsidir.

Muzeyin kolleksiyası iki hissəyə ayrılıb. Eksponatlardan bəziləri açıq səma altında, bəzilərisə qapalı məkanda yerləşdirlib.

Bir çox analoji müəssisələrdən fərqli olaraq, burada muzeyin qonaqlarına sərgilənən nümunələrə toxunmağa, onlarla oynamağa, hətta yerlərini dəyişməyə belə icazə verilir.


Etiketlər:  Zibil muzeyi açıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ