Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 18:10
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yenidən ağırlaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, həkimlər sənətçinin vəziyyətini stabil ağır kimi qiymətləndirirlər:
"Səyyad Əlizadənin vəziyyətinin yaxşılaşması üçün həkimlər əllərindən gələni edirlər. Ciddi nəzarət altında, komada, süni tənəffüs aparatında saxlanılır. Dünəndən bu günə heç bir irəliləyiş yoxdur".