Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 19:18
Qazaxıstanda koronavirusun "Eta" (Nigeriya) ştammı yayılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy bildirib.
Onun sözlərinə görə, ölkədə həmçinin koronavirusun "Delta" (Hindistan), "Alpha" (Britaniya), "Uhan" variantları da yayılıb.
"Eta" ştammı 2020-ci ilin dekabr ayında ortaya çıxıb. Bu varianta ilk yoluxma Nigeriya və Britaniyada müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının 15 sentyabr 2021-ci il tarixinə olan məlumatına görə, "Eta" ştammı dünyanın 77 ölkəsində qeydə alınıb.
Onun əlamətləri "Alpha" və "Beta" (Cənubi Afrika) suşları ilə eynidir: yüksək hərarət, öskürək, qoxu və dad itkisi.