Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda ağacları qanunsuz kəsənlər axtarılır

Bakıda ağacları qanunsuz kəsənlər axtarılır

Tarix: 22 Sentyabr 2021 12:36

Nəsimi rayonu, Ceyhun Səlimov 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Milli.Az bildirir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazidə ağacların kəsildiyini və təqsirkarların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib.

B.Məhəmmədov onu da qeyd edib ki, ağacların kəsilməsi zamanı təbiətə 14100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".

Milli.Az


Etiketlər:  Bakıda ağacları qanunsuz kəsənlər axtarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ