Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda sakinlər həyətyanı torpaq ala bilmirlər - VİDEO

Oğuzda sakinlər həyətyanı torpaq ala bilmirlər - VİDEO

Tarix: 22 Sentyabr 2021 13:12

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47-i ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib. Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və qazilər də var.

Onların sözlərinə görə, bu müddət ərzində torpaq sahələri ayrılmadığından ev tikə bilmirlər.

Məsələ ilə bağlı Calut bələdiyyəsinin sədri Adil Şükürov bildirib ki, müraciət edən sakinlərə torpaq sahələrinin ayrılması üçün kənd ərazisindəki 10 hektar örüş sahəsinin təyinatı dəyişdirilməlidir.

Qeyd edək ki, Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Oğuzda sakinlər həyətyanı torpaq bilmirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ