Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taliban” yeni vəd verdi: qadınlarla kişilərin...

“Taliban” yeni vəd verdi: qadınlarla kişilərin...

Tarix: 23 Sentyabr 2021 10:26

Əfqanıstanda qadınlar kişilərlə eyni proqramla təhsil alacaqlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Taliban"nın rəsmi nümayəndəsi, Mədəniyyət Komissiyasının rəhbəri Zabihulla Mücahid məlumat verib:

"Qadınların təhsili üçün şərtlər hazırlayırıq. Qadınlar kişilərlə eyni fənləri- riyaziyyat, kimya, tarix, biologiya oxuyacaqlar: cinsindən asılı olaraq ayrı proqramlar olmayacaq və diplomları dünyada tanınacaq".

Mücahid Kabildəki bəzi qadınların artıq işə qayıtdıqlarını bildirib və eyni zamanda "zamanın dəyişdiyini" etiraf edib:

"İlk İslam əmirliyindən sonra (1996-2001-ci illər) çox şey dəyişib".

Milli.Az


Etiketlər:  Taliban yeni vəd verdi qadınlarla kişilərin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ