Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Balan var, güclü olmaq məcburiyyətindəsən"

Tarix: 24 Sentyabr 2021 20:40

Xəbər verdiyimiz kimi aparıcı Vüsalə Əliadənin qardaşı avtoqəzada dünyasını dəyişib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, artıq iki aya yaxındır ki, Vüsalə efirə çıxmadığı üçün dostları, həmkarları ona dəstək olurlar. Müğənni Ayan Babakişiyeva Vüsalənin fotosunu paylaşaraq:

"Səni bu gün gördüm...halsız və yorğun üzünü.Gözünün yaşı durmadan necə axırdı üzündən.Elə bil baxışların ilə dünyanın sonunu izləyirdin.Sanki aldığın nəfəs belə dar gəlirdi sənə. İçimi parçaladın, eləmə belə canım Vüsalə.Üzün ağ olsun, bütün ailən, qohumların üçün əlindən gələni etmisən. Balan var, güclü olmaq məcburiyyətindəsən. Səni sevən bu qədər insan üçün, ailən, dostların üçün işinin başına dönməlisən. Düşünürəm, elə qardaşımızın da ruhu şad olar" sözlərini yazıb.

Milli.Az


Etiketlər:  Balan var güclü olmaq məcburiyyətindəsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ