Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksinin yaradıcısı: Koronavirus mütləq soyuqdəyməyə çevriləcək

Vaksinin yaradıcısı: Koronavirus mütləq soyuqdəyməyə çevriləcək

Tarix: 24 Sentyabr 2021 23:52

COVID-19 insanlar üçün adi soyuqdəyməyə bənzər təhlükə yaradacaq. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, koronavirus əleyhinə peyvəndlərin hazırlanması sahəsində ilklərdən biri, bu patogenin zamanla mütləq olaraq zəifləyəcəyini iddia edir.

Oksford Universiteti və "AstraZeneca" şirkətindən peyvəndi yaradan qadın alim hesab edir ki, koronavirus çətin ki daha ölümcül bir varianta çevrilsin, zaman keçdikcə isə bu patogen soyuqdəyməyə bənzər nəyəsə səbəb olacaq. Professor Sara Gilbert ehtimal edir ki, immunitetin təsirindən qaçmaq üçün virusun gedə biləcəyi yerlər o qədər də çox deyil. Lakin o yenə də həqiqətən yoluxucu olaraq qalacaq. Alim hesab edir ki, əhali arasında yayıldıqca viruslar, zaman keçdikcə daha az virulent olur. COVID-19-un bir şəkildə daha aqressiv olacağını düşünmək üçün heç bir səbəb yoxdur.

Onun sözlərinə görə, koronavirusa səbəb olan SARS-CoV-2 patogeni zamanla geniş yayılan və soyuqdəyməyə səbəb olan digər koronaviruslara çevriləcək. Daha əvvəl, İngilis professoru Kris Uitti, peyvənd edilməmiş bütün uşaqların, istisnasız olaraq, gələcəkdə bir anda mütləq koronavirusa yoluxacağını və təxminən yarısının artıq bunu etdiyini xəbərdar edib. Sara Gilbert xatırladıb ki, hazırda planetdə 4 insan koronavirusu aktiv şəkildə yayılır, lakin biz onlar haqqında heç düşünmürük də və SARS-CoV-2 onlardan biri olacaq.


Etiketlər:  Vaksinin yaradıcısı Koronavirus mütləq soyuqdəyməyə çevriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ