Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb (FOTO)

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb (FOTO)

Tarix: 20 Avqust 2019 14:24

Bakı. Samir Əli - Trend:

Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, digər yerli qurumların və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur.

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb (FOTO) Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb (FOTO)


Etiketlər:  Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb FOTO

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ