Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sem” qasırğası ikinci dərəcəyə qədər güclənib

“Sem” qasırğası ikinci dərəcəyə qədər güclənib

Tarix: 25 Sentyabr 2021 10:14

ABŞ-ın Qasırğa Xəbərdarlığı üzrə Milli Mərkəzi Atlantik okeanı üzərində formalaşan "Sem" qasırğasının ikinci dərəcəyə qədər gücləndiyini bəyan edib.

Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə idarənin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda qasırğa içərisində küləyin maksimal sürəti 43 m/s-dir.

Qasırğa Karib dənizindəki Levard Adalarından təxminən 1950 km şimal-şərqdə yerləşir və təxminən 22 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir.


Etiketlər:  qasırğası ikinci dərəcəyə qədər güclənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ