Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 13:58
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra müsbət sayıla biləcək cidi dəyişiklik ediblər.
Sonxeber.net xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib.
Belə ki, qondarma "dqr" və ya keçmiş "DQMV" sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər.
Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər.