Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur şou Azərbaycan toyunu göstərdi

Məşhur şou Azərbaycan toyunu göstərdi

Tarix: 29 Sentyabr 2021 15:40

Rusiyanın "Pyatnitsa!" ("Пятница!") telekanalında Kirill Makaşov və Mişel Andradenin təqdimatında yayımlanan məşhur səyahət şousu "Oryol i Reşka"nın ("Орел и Решка") budəfəki buraxılışı Azərbaycan və azərbaycanlılara həsr olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin çəkilişləri avqustun əvvəlində Bakı və Qubada baş tutub.

Azərbaycanın paytaxtına gələn verilişin aparıcısı Kirill Makaşov taksi sürücüsünün onu şəhərin mərkəzinə ödənişsiz aparmasına, həmçinin sakinlərdən birinin onu öz evində gecələməyi təklif etməsinə yaxşı mənada təəccüblənib. 

"İndi mən başa düşürəm ki, niyə Bakını "Qafqazın Dubayı" adlandırırlar. Çox gözəldir", - şəhərlə tanış olan aparıcı heyrət içində deyib.

Yeni buraxılışın efirində, həmçinin Balaxanı qəsəbəsi və Yanardağ nümayiş etdirilib, zorxana və beynəlxalq istedad şoularında iştirakı ilə məşhurlaşan Əbdülhüseynovlar qardaşlarından bəhs edilib.

Proqramın bir hissəsi Azərbaycandakı toylara həsr olunub. Aparıcı Mişel Andrade Bakıdakı şadlıq saraylarının birində olub, habelə Quba şəhərində keçirilən toylardan birini lentə alıb.  

Milli.Az


Etiketlər:  Məşhur şou Azərbaycan toyunu göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ