Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2021 16:40
Türkiyədə məhkəmə maraqlı boşanma hökmü çıxarıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məhkəmə boşanmaq üçün müraciət edən qadının tələbini qəbul edib.
Qadının iddiasına görə, əri ona "Sən ancaq mənim pulumla yaşayırsan, mən olmasam bir heçsən" dediyi üçün məhkəməyə üz tutub.
Hakim kişinin bu sözlərinə görə ailə təməlinin sarsıldığını və onu aşağıladığını qeyd edərək, qadının boşanma tələbini yerinə yetirib.