Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 10:26
Yəməndə husilər Marib əyalətinin şimalını ballistik raketlərdən atəşə tutub.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SABA bildirib.
Məlumata görə, üsyançılar dinc sakinlərin yaşadığı Er-Ravda yaşayış məntəqəsini hədəf seçiblər. Hücum nəticəsində 2 uşaq həlak olub, həmçinin 5-i uşaq, 4-ü qadın olmaqla, 33 dinc sakin yaralanıb. Atəş nəticəsində ərazidəki 12 evə zərər dəyib.
Husilər atəşlə bağlı hər hansı açıqlama verməyiblər.
Yəməndə üsyançılarla hökumət qüvvələri arasında silahlı qarşıdurmalar 2014-cü ildən davam edir. Bu illər ərzində on minlərlə dinc sakin hərbi əməliyyatlardan zərər çəkib, minlərlə insan həlak olub. Vətəndaş müharibəsi ölkəyə külli miqdarda ziyan vurub.