Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 yaşlı TikTok fenomeni faciəvi şəkildə öldü

19 yaşlı TikTok fenomeni faciəvi şəkildə öldü

Tarix: 4 Oktyabr 2021 10:35

Amerikalı TikTok blogeri Qabriel Salazar avtomobil qəzasında dünyasını dəyişib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, qəza Texasda baş verib. 19 yaşlı fenomenin ölüm xəbərini onun həmkarı və dostu Riki Flores yayıb.

Bildirilib ki, Qabrielin idarə etdiyi lüks maşının benzin çəni partlayıb. Onunla avtomobildə olan daha üç dostu da ölüb.

Qeyd edək ki, Qarbielin sosial şəbəkədə 2 milyona yaxın izləyicisi var.


Etiketlər:  yaşlı TikTok fenomeni faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ