Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”da növbəti problem – daha 3 oyunçusu zədələndi

“Qarabağ”da növbəti problem – daha 3 oyunçusu zədələndi

Tarix: 21 Avqust 2019 14:28

Sabah Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaq “Qarabağ” bir neçə futbolçusuna görə problemlə üzləşib.

Qol.az xəbər verir ki, əsas heyətin üzvlərindən Bədavi Hüseynov, Filip Ozobiç zədəli, Riçard Almeyda, həmçinin Rahil Məmmədovun cəzalı olduqlarına görə qarşıdakı matçı buraxacaqları məlum idisə, indi daha bir neçə oyunçunun görüşü buraxması ehtimalı yaranıb. Hələlik sabahkı görüşə çıxıb-çıxmayacaqları qətiləşməsə də, “Qarabağ”ın əsas heyətinin daha iki müdafiəçisi – Maksim Medvedyev və Ailtonun də zədəsi var. Onlar hər ikisi məşqlərdə zədə alıblar. Yarımmüdafiəçi Simeon Slavçev də zədələnib.

Qol.az-ın sorğusuna cavab olaraq, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, adları çəkilən futbolçularda mikrozədələr var: “Kimin oynayıb-oynamayacağı matça bir neçə saat qalmış bilinəcək”.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Linfild”lə ilk görüşü sabah Belfsatda, cavab oyunu isə avqustun 29-da Bakıda keçirəcək.

 


Etiketlər:  Qarabağda növbəti problem daha oyunçusu zədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ