Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 17:25
Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov Maldiv istirahətinə yollanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi gəzintidən görüntülərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Sevda paylaşımlarından birinə "Arzularının arxasınca qaçdığın zaman onlara çatmaq mümkündür" sözlərini yazıb.
İfaçı dayvinqə getdiyi anın görüntülərini də paylaşıb. Sevda daha sonra həşəratların çox olduğunu, qorxduğunu və onlardan qaçmaq üçün ağaca çıxdığını bildirib və həmin anı lentə alıb.
Yahyayeva Maldivdə "Sevdiyim" mahnısına klip də çəkib.