Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 21:50
"Facebook", "Instagram" və "WhatsApp"dan sonra istifadəçilər "Twitter" sosial şəbəkəsinə, "Google" axtarış sisteminə və "Amazon" platformasına daxil olmaqda problem yaşayırlar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb.
Bildirilir ki, istifadəçilər adıçəkilən sosial şəbəkələrdə yaranmış problemdən sonra "Telegram"a üz tutublar. Kütləvi axın fonunda "Telegram"da da zənglər əlçatmaz olub və platformanın sürəti zəifləyib.