Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2021 23:28
İngiltərənin "Uotford" komandasının yeni baş məşqçisi müəyyənləşib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, Premyer Liqa təmsilçisi italiyalı Klaudio Ranyeriyə tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, yeni vəzifədə Xisko Munyosu əvəzləyib.
Qeyd edək ki, Klaudio Ranyeri 2015/16 mövsümündə "Lester Siti" ilə İngiltərə çempionu olub. "Uotford" bu mövsüm Premyer Liqada 7 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.