Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük britaniyalı rəssamın mikro sənət əsərləri 90 min funt sterlinqə satılıb - FOTO

Böyük britaniyalı rəssamın mikro sənət əsərləri 90 min funt sterlinqə satılıb - FOTO

Tarix: 8 Oktyabr 2021 23:12

Böyük britaniyalı rəssam Deyvid A Lindonun mikro sənət əsərləri 90 min funt sterlinqə satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mikro rəssam altı məşhur sənət əsərinin kiçik versiyalarını satışa çıxarıb.

Rəssam Edvard Munkun "Qışqırıq", Yan Vermeerin "Mirvari sırğalı qız", Klod Monenin "Su zanbağı", Benksinin "Qırmızı şarlı qız", Vinsent van Qoqun "Ulduzlu gecə" və "Günəbaxanlar" əsərlərinin mikro versiyasını yaradıb.

Onun hazırladığı versiyalar iynə gözünə sığacaq qədər kiçikdir.

Lindonun əsərləri 29 oktyabr tarixinə qədər Volverhamptondakı Laythaus Media Mərkəzində sərgilənəcək.

Milli.Az


Etiketlər:  Böyük britaniyalı rəssamın mikro sənət əsərləri 90 min funt sterlinqə satılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ