Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın nüvə proqramının rəhbəri vəfat edib

Pakistanın nüvə proqramının rəhbəri vəfat edib

Tarix: 10 Oktyabr 2021 10:46

Pakistanın nüvə fizikası üzrə alimi, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında dünyasını dəyişib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, alimin ölümünə səbəb koronavirusa yoluxduqdan sonra yaranan ağır xəstəlik olub. Mərhumun şərəfinə bir neçə anım tədbiri keçiriləcək.

Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb.

Əvvəllər uran zənginləşdirilməsi üçün qaz santrifüjləri istehsal edən URENCO Avropa konsorsiumunda işləyən Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.


Etiketlər:  Pakistanın nüvə proqramının rəhbəri vəfat edib


RƏYLƏR