Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 10:44
“Neftçi”nin futbolçusu Baqali Dabo komandanın azarkeşlərini təhqir edib.
Qol.az-ın məlumatına görə, 31 yaşlı hücumçu ilk olaraq, şəxsi “İnstagram” səhifəsinin hekayə bölməsindən “neftchi.baku.fan.page” adlı azarkeş səhifəsi təhqir edib, daha sonra öz fotosunu paylaşaraq azarkeşlərin şərhlərinə qeyri-etik cavab yazıb.
Qeyd edək ki, buna səbəb azarkeş səhifəsinin futbolçu haqda tənqidi paylaşımı olub. Dabonun bu qeyri-etik, peşəkar futbolçu adına yaraşmayan davranışı azarkeşlərin haqlı etirazına səbəb olmaqla yanaşı sual yaradır? Elementar tənqidə dözümsüz yanaşan və tənqidə təhqirlə cavab verməklə böyük azarkeş kütləsini təhqir edən futbolçu barədə ölçü götürüləcəkmi?
Ümumiyyətlə, "Neftçi" rəhbərliyi legionerlərinə fanatlarla normal rəftar və ünsiyyətin yolunu başa salmalıdır. Unutmayaq ki, belə mədəniyyətsiz, sayğısız davranış ilk dəfədir baş vermir. Bir neçə gün əvvəl "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin və ukraynalı futbolçusu Kirill Petrov uğursuz çıxışlara görə stadionda istefa şüarı səsləndirən "Neftçi"nin sadiq fanatlarını "əsl azarkeş" saymadıqlarını demişdilər.