Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü gözlənilir

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü gözlənilir

Tarix: 11 Oktyabr 2021 12:46

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

Milli.Az


Etiketlər:  Moskvada Azərbaycan Rusiya Ermənistan dini liderlərinin görüşü gözlənilir


RƏYLƏR