Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 23:34
"Taliban"ın qadın və qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı sözünün üstündə durmamasından dərin narahatlıq keçiririk".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş mətbuata açıqlamasında deyib.
O, "Taliban"a beynəlxalq insan hüquqları çərçivəsində öhdəliklərini yerinə yetirməklə bağlı çağırış edib:
"Taliban"ın əfqan qadın və qız uşaqlarına verdiyi sözlərə əməl etməməsindən xüsusən narahatam. Əfqanıstan iqtisadiyyatının 80 faizi qeydiyyatsızdır.
Qadınların iqtisadiyyatda rolu üstünlük təşkil edir. Qadınlar olmadan Əfqanıstan iqtisadiyyatının və cəmiyyətinin düzəlməsi mümkün deyil".