Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 10:08
COVİD-19 pandemiyası 100 milyondan çox insanı yoxsulluğa sürükləyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
"4 milyarddan çox insan isə heç bir sosial dəstək görmür. Təcili ehtiyac duyulan tibbi xidmətlər, gəlirlərin mühafizəsi yoxdur", - deyə baş katib bildirib.
Onun sözlərinə görə, vaksinlərin paylanılması ilə bağlı bərabərsizlik dünyanı yüzmilyonlarla yeni ölümə məhkum edir, trilyonlarla dollara başa gələcək iqtisadi çöküşü uzadır və yoxsul ölkələrə zərbə vurur.