Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin korona xəstəsi olan atasının pulunu oğurladılar - Xəstəxanada biabırçı olay

Müğənninin korona xəstəsi olan atasının pulunu oğurladılar - Xəstəxanada biabırçı olay

Tarix: 12 Oktyabr 2021 12:45

Müğənni Nicat Məhərrəmov atasının koronavirusa yoluxduğunu və hazırda FHN-nin modul tipli xəstəxanasına yerləşdirildiyini bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi atasının xəstəxanada üzərində olan pullların, bank kartlarının və ev açarlarının oğurlandığını iddia edib. O, FHN-nə müraciət edərək, onun şikayətinə baxılmadığını bildirib:

"Atam insult keçirmişdi, hospitalda yatırdı. Sonra koronavirusa yoluxduğu üçün sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirdik. Təəssüf ki, sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər və bank kartları yoxa çıxıb. Həmin xəstəxana qırmızı zona olduğu üçün, heç bir xəstə yaxını girə bilmir. Bunu ya həkim, ya xadimələr, ya da başqa işçilər edib. Xəstəxanada özbaşınalıq olub. Şikayət etmişəm, amma hələ də deyirlər, araşdırma gedir. Atam 41 il orqan işçisi olub. Belə özbaşınalıq, vicdansızlıq olmaz ki, xəstə cibindən əşyaları götürülsün".


Etiketlər:  Müğənninin korona xəstəsi olan atasının pulunu oğurladılar Xəstəxanada biabırçı olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ