Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyanın ən kiçik evi satışa çıxarılıb

Böyük Britaniyanın ən kiçik evi satışa çıxarılıb

Tarix: 29 Oktyabr 2021 21:26

Böyük Britaniyanın ən kiçik evi satışa çıxarılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şimali Yorkşir bölgəsindəki Qrimston Parkında yerləşən ölkənin ən kiçik evi 235 min funt-sterlinqə satışa qoyulub. 16 kvadratmetr olan ikimərtəbəli evin aşağı mərtəbəsində yataq otağı və qonaq otağı, yuxarı mərtəbədə isə mətbəx və hamam var.

Debra və Dave Bovman cütlüyü 2000-ci ildə aldıqları evdə təxminən 20 il yaşayıblar. Təqaüdə çıxdıqdan sonra evi satışa çıxaran Bovmanlar daha böyük bir evə köçməyi planlaşdırdıqlarını bildiriblər.

Ev Lids Bradford hava limanına cəmi 40 dəqiqəlik məsafədə yerləşir.

Milli.Az


Etiketlər:  Böyük Britaniyanın kiçik satışa çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ