Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya" böyük hesabla qalib gəldi - VİDEO

Tarix: 31 Oktyabr 2021 10:20

Almaniya Bundesliqasında 10-cu turun matçları davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçirilib. "Ayntraxt" - "Leyptsiq" matçında qalib müəyyənləşməyib. "Arminiya" doğma meydanda "Maynts"a, "Bayer" isə "Volfsburq"a məğlub olub. "Frayburq" "Qroyter"lə ev oyunundan qalib ayrılıb.

Dortmund "Borussiya"sı bu turda "Köln"ü sınağa çəkib və inamlı qələbəyə sevinib. Almaniya kubokunda Mönhenqladbax "Borussiya"sına darmadağın olan (0:5) "Bavariya"nın rəqibi Berlin "Yunion"u olub. Münhen təmsilçisi bol qollu bu matçda darmadağınla qalib gəlib.

Almaniya Bundesliqası, 10-cu tur

30 oktyabr

"Arminiya" - "Maynts" - 1:2
Qol: Laursen, 42 - J.S.Li, 25. Burkardt, 69.

"Bayer" - "Volfsburq" - 0:2
Qol: Nmeça, 48. Arnold, 51.

"Borussiya" (Dortmund) - "Köln" - 2:0
Qol: T.Hazard, 40. Tiggers, 64.

"Yunion" - "Bavariya" - 2:5
Qol: Gisselmann, 43. Ryerson, 65 - Levandovski, 15; 23. Sane, 35. Koman, 61. Müller, 79.

"Frayburq" - "Qroyter" - 3:1
Qol: Asta, 20-öz qapısına. Hofler, 39. Qrifo, 79-pen - Levelinq, 74.

"Ayntraxt" - "Leyptsiq" - 1:1
Qol: Tuta, 90+4 - Poulsen, 35.

Milli.Az


Etiketlər:  Bavariya böyük hesabla qalib gəldi VİDEO


RƏYLƏR