Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağı metroda atıb “ALKAŞLIĞA” getdi - Ata tapılıb, anadan xəbər yoxdu

Uşağı metroda atıb “ALKAŞLIĞA” getdi - Ata tapılıb, anadan xəbər yoxdu

Tarix: 1 Noyabr 2021 11:26

Moskvada ata azyaşlı oğlunu metroda atıb gedib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşları uşağın valideynlərinin axtarıb, tapılması üzrə əməliyyata başlayıb.

Məlum olub ki, ata metronun Stroqino stansiyasına uşaqla daxil olub və oradan tək qayıdıb.

Atanın yeri müəyyən edilərək polis şöbəsinə gətirilib. Onun sərxoş vəziyyətdə tapıldığı bildirilib.

Hazırda polis uşağın anasını axtarır. Hüquq-mühafizə orqanlarından bildirilib ki, ana da da içki düşkünü olarsa, uşaq xəstəxanaya göndəriləcək.

Milli.Az


Etiketlər:  Uşağı metroda atıb ALKAŞLIĞA getdi Ata tapılıb anadan xəbər yoxdu


RƏYLƏR